Bu gün "Nobel" mükafatlarının təqdimat mərasimi olacaq

Bu gün "Nobel" mükafatlarının təqdimat mərasimi olacaq Diplom və medalları İsveç kralı təqdim edəcək
Digər ölkələr
10 Dekabr , 2016 07:57
Bu gün Nobel mükafatlarının təqdimat mərasimi olacaq

Bakı. 10 dekabr. REPORT.AZ/ Bu gün İsveç və Norveçin paytaxt şəhərləri olan Stokholm və Osloda "Nobel" mükafatlarının təqdimat mərasimi və bayram tədbiri keçiriləcək.

"Report" xəbər verir ki, tədbir 10 dekabr 1896-cı ildə vəfat etmiş Alfred Nobelin anım günündə baş tutacaq.

Nobel mükafatının 11 laureatından 9 nəfəri Stokholm Flarmoniyasında İsveç kralı XVI Karl Qustavın əlindən fəxri diplom və qızıl medallar alacaq.

Son xəbərlər

Orphus sistemi