Yuxarı

​Bu gün Kişinyovda növbəti etiraz aksiyası keçiriləcək

Etirazçılar vətəndaş itaətsizliyi aksiyalarına start verməyi təklif edirlər

Bakı. 25 aprel. REPORT.AZ/Moldovanın paytaxtı Kişinyovun mərkəzi hissəsində polislə toqquşmalarla nəticələnmiş etiraz aksiyası başa çatıb. "Report" xəbər verir ki, etirazçıların çox hissəsi aksiyanı dayandırıb. 

Dünən günün sonlarına qədər təxminən 100 nəfər aksiyanı davam etdirib.

Etirazçıların qarşısında çıxış edən aksiyanın təşkilatçısı, "Ləyaqət və Həqiqət" vətəndaş platformasının rəhbəri Kiril Moçpan aksiyaçıları dağılışmağa və bazar ertəsi günü, səhər saatlarında yeni mitinq keçirməyə çağırıb.

O, eyni zamanda aksiyaların nə vaxt və necə davam etdiriləcəyi məsələsi ilə bağlı qərarın vətəndaş platformasının Milli Şurasının toplantısında qəbul etdiriləcəyini bildirib.

Ancaq bəzi etirazçılar bununla razılaşmırlar. Onlar bu gündən vətəndaş itaətsizliyi aksiyalarına start verməyi, o cümlədən şose yolları bağlamağı, Milli televiziyanın binasını tutmağı təklif edirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi