Bu gün Cenevrədə Suriyaya dair danışıqlar davam etdiriləcək

Bu gün Cenevrədə Suriyaya dair danışıqlar davam etdiriləcək Danışıqlar hələ ki, ikitərəfli şəkildə deyil, vasitəçilər yolu ilə keçiriləcək
Digər ölkələr
14 Mart , 2016 06:53
Bu gün Cenevrədə Suriyaya dair danışıqlar davam etdiriləcək

Bakı. 14 mart. REPORT.AZ/ Suriya hökumət və müxalifətini təmsil edən nümayəndə heyətləri bugün vasitəçilərin köməyi ilə Cenevrədə tam formatda danışıqlara başlayacaqlar.

"Report" "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, danışıqlar hələ ki ikitərəfli şəkildə deyil, vasitəçilər yolu ilə keçiriləcək.

Münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlarda BMT baş katibinin Suriya üzrə xüsusi təmsilçisi Staffan de Mistura da iştirak edəcək.

Nümayəndələr martın 11-dən Cenevrəyə gəlməyə başlayıb və ilkin müzakirə martın 9-da keçirilib.

Son xəbərlər

Orphus sistemi