Tramp ABŞ-ın Braziliyanın yeni prezidentinə dəstək verdiyini bildirib - FOTO

Tramp ABŞ-ın Braziliyanın yeni prezidentinə dəstək verdiyini bildirib - FOTO Bakı. 1 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Braziliyanın yeni dövlət başçısı Jair Bolsonarunu təbrik edib.
Digər ölkələr
611
1 Yanvar , 2019 23:49
Tramp ABŞ-ın Braziliyanın yeni prezidentinə dəstək verdiyini bildirib - FOTO

Bakı. 1 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Braziliyanın yeni dövlət başçısı Jair Bolsonarunu təbrik edib.

"Report" xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün "Twitter" səhifəsində yazıb.

Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar Jair Bolsonaruya dəstək verir.

"Çox gözəl inauqurasiya nitqi ilə çıxış edən prezident Bolsonarunu təbrik edirəm. ABŞ sizinlədir", - deyə o yazıb.

Qeyd edək ki, Braziliyada keçirilən prezident seçkilərində qalib gələn Jair Bolsonaru rəsmi olaraq prezident səlahiyyətlərinin icrasına başlayıb. O, ölkə parlamentinin Aşağı Palatasının xüsusi iclasında and içib.

Son xəbərlər

Orphus sistemi