Brüsseldəki terroru törədənin kimliyi açıqlanıb

Brüsseldəki terroru törədənin kimliyi açıqlanıb Terrorçu tək fəaliyyət göstərib
Digər ölkələr
21 İyun , 2017 13:55
Brüsseldəki terroru törədənin kimliyi açıqlanıb
Tass.ru

Bakı. 21 iyun. REPORT.AZ/ Belçikanın paytaxtı Brüsseldə Mərkəzi vağzalda terroru 36 yaşlı mərakeşli törədib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Brüssel prokurorluğunun təmsilçisi keçirdiyi mətbuat konfransında bildirib.

“Terrorçunun şəxsiyyəti müəyyənləşib. Onun adı Üsamə J.-dır və 1981-ci ildə Mərakeşdə doğulub. O, Molenbekdə icmada yaşayıb”, - deyə təmsilçi bildirib.

O əlavə edib ki, terrorçu tək fəaliyyət göstərib. 

Qeyd edək ki, iyunun 20-də gecə saatlarında Brüsselin vağzalında terror törədilib. Polis kamikadzeni zərərsizləşdirib. 

Son xəbərlər

Orphus sistemi