Yuxarı

Brüsseldə terror aktlarının hazırlanmasında şübhəli bilinən 12 nəfər saxlanılıb

Polislər bir neçə gün ərzində saxlanılan şəxsləri müşahidə edib

Bakı. 18 iyun. REPORT.AZ/ Brüsseldə polis əməkdaşları terror aktlarının hazırlanmasında şübhəli bilinən 12 nəfər saxlayıb.

Bu barədə "Report" xarici KİV-ə istinadən xəbər verir.

Polislər bir neçə gün ərzində saxlanılan şəxsləri müşahidə edib. Xüsusi əməliyyatlar Brüsselin 16 kommunasında, eləcə də Valloniya və Flandriya ərazisində aparılıb. 

Belçika prokurorluğu qeyd edir ki, saxlanılan şəxslər terror aktı törətmək niyyətində olan qruplaşmanın bir hissəsi ola bilər.

Yaxın zamanlarda onların barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul ediləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi