​Brüsseldə terror aktları nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb

​Brüsseldə terror aktları nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb Ən azı 136 nəfər yaralanıb
Digər ölkələr
22 Mart , 2016 17:20
​Brüsseldə terror aktları nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb

Bakı. 22 mart. REPORT.AZ/ Bu gün Belçikanın paytaxtı Brüsseldə törədilən silsilə terror aktları nəticəsində 34 nəfər həyatını itirib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə VRT telekanalı məlumat yayıb.

Qeyd olunur ki, metroda baş verən partlayış nəticəsində 20, hava limanında törədilən iki partlayış nəticəsində isə 14 nəfər ölüb. Son məlumatlara görə, ən azı 136 nəfər yaralanıb.

İŞİD terror təşkilatı terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi