Brüsseldə silahlı şəxs hərbi patrula hücum edib: xəsarət alanlar var

Brüsseldə silahlı şəxs hərbi patrula hücum edib: xəsarət alanlar var Əsgərlərə hücum etmiş şəxs güllələnib
Digər ölkələr
25 Avqust , 2017 23:34
Brüsseldə silahlı şəxs hərbi patrula hücum edib: xəsarət alanlar var

Bakı. 25 avqust. REPORT.AZ/ Brüsseldə dəhrə ilə silahlanmış şəxs hərbi patrula hücum edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin yerli mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, hücum etmiş şəxs güllələnib. Hücuma məruz qalmış əsgərlər yüngül xəsarət alıblar.

Şahidlərdən bəziləri bildirib ki, atəş səsləri eşidiblər. Digər şahidlər isə naməlum kişinin iki əsgərə hücum etdiyini bildirblər. 

Hadisə yeri əhatəyə alınıb və ora həkimlər gəlib.  

Son xəbərlər

Orphus sistemi