Brüsseldə polis silahlı şəxslərin saxlanması üzrə xüsusi əməliyyat keçirir

Brüsseldə polis silahlı şəxslərin saxlanması üzrə xüsusi əməliyyat keçirir Bakı. 22 fevral. REPORT.AZ/ Belçikanın paytaxtı Brüssel şəhərinin Fore kommunasında polis silahlı şəxslərin olduğu güman edilən yaşayış binasına girişləri bağlayıb.
Digər ölkələr
22 Fevral , 2018 17:18
Brüsseldə polis silahlı şəxslərin saxlanması üzrə xüsusi əməliyyat keçirir

Bakı. 22 fevral. REPORT.AZ/ Belçikanın paytaxtı Brüssel şəhərinin Fore kommunasında polis silahlı şəxslərin olduğu güman edilən yaşayış binasına girişləri bağlayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, rayon administrasiyasından hazırda xüsusi əməliyyat həyata keçirildiyi bildirilib.

Məlumata görə, mənzildə bir və ya daha çox silahlı şəxs ola bilər.

Polis tərəfindən mühasirəyə alınmış binanın üzərində polis helikopteri durumu müşahidə edir.

Son xəbərlər

Orphus sistemi