Brüsseldə partlayış təhlükəsi səbəbiylə ticarət mərkəzi boşaldılıb

Brüsseldə partlayış təhlükəsi səbəbiylə ticarət mərkəzi boşaldılıb Bu hadisə ilə əlaqədar bir şəxs saxlanılıb
Digər ölkələr
21 İyun , 2016 10:41
Brüsseldə partlayış təhlükəsi səbəbiylə ticarət mərkəzi boşaldılıb

Bakı. 21 iyun. REPORT.AZ/ Belçika paytaxtı Brüsselin mərkəzində partlayış təhlükəsi səbəbiylə "City2" ticarət mərkəzi boşaldılıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, ticarət mərkəzinin ərazisi nəzarət altına alınıb, hadisə yerinə xüsusi xidmət və partlayıcı qurğuların məhv edilməsi üzrə xidmət orqanlarının nümayəndələri gəlib.

RTL telekanalının məlumatına görə, bu hadisə ilə əlaqədar bir şəxs saxlanılıb.

Belçikanın baş naziri Şarl Mişelin insidentlə əlaqədar böhran görüşü keçirmək niyyətində olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi