Brüsseldə NATO müdafiə nazirlərinin Ukraynanın iştirakı ilə görüşü olacaq

Brüsseldə NATO müdafiə nazirlərinin Ukraynanın iştirakı ilə görüşü olacaq İyunun 15-16-da Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin Ukrayna, Gürcüstan, Finlandiya və İsveçin iştirakı ilə görüşü keçiriləcək.
Digər ölkələr
28 May , 2022 03:38
Brüsseldə NATO müdafiə nazirlərinin Ukraynanın iştirakı ilə görüşü olacaq

İyunun 15-16-da Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin Ukrayna, Gürcüstan, Finlandiya və İsveçin iştirakı ilə görüşü keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının yaydığı bəyanatda deyilir.

Görüş mətbuata bağlı qapılar arxasında keçiriləcək.

Ayrıca, iyunun 15-də qərargahda ABŞ-ın təşkilatçılığı ilə Ukrayna üzrə təmas qrupunun görüşü keçiriləcək.

Alyansın müdafiə nazirlərinin qarşıdan gələn iclasında Ukraynaya hərbi təchizatın koordinasiyası üzrə gələcək səylər müzakirə olunacaq, müharibənin gedişi qiymətləndiriləcək və NATO ölkələrinin Avropadakı təhlükəsizlik vəziyyəti nəzərdən keçiriləcək.

Son xəbərlər

Orphus sistemi