Brüsseldə konsert zalı partlayış təhlükəsi səbəbindən təxliyə edilib

Brüsseldə konsert zalı partlayış təhlükəsi səbəbindən təxliyə edilib Məlumat fransalı müğənni Jainin konserti öncəsi daxil olub
Digər ölkələr
26 Fevral , 2017 03:11
Brüsseldə konsert zalı partlayış təhlükəsi səbəbindən təxliyə edilib

Bakı. 26 fevral. REPORT.AZ/ Brüsseldə “Ancienne Belgique” konsert zalı təxliyə edilib.

“Report” xəbər verir ki, bu barədə Belçikanın “Standaard” nəşri məlumat yayıb.

Qeyd olunur ki, buna səbəb partlayış təhlükəsi olub. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Ərazi mühasirəyə alınıb.

Partlayış təhlükəsi ehtimalı barədə məlumat fransalı müğənni Jainin konserti öncəsi daxil olub. Zaldan yüzlərlə insan çıxarılıb.

Son xəbərlər

Orphus sistemi