Brüsseldə hərbçilərə hücum terror aktı kimi qiymətləndirilib, cinayətkar xəstəxanada ölüb - YENİLƏNİB

Brüsseldə hərbçilərə hücum terror aktı kimi qiymətləndirilib, cinayətkar xəstəxanada ölüb - YENİLƏNİB O, polis tərəfindən xəsarət alıb və xəstəxanaya yerləşdirilib
Digər ölkələr
25 avqust 2017 21:25
Brüsseldə hərbçilərə hücum terror aktı kimi qiymətləndirilib, cinayətkar xəstəxanada ölüb - YENİLƏNİB

Bakı. 26 avqust. REPORT.AZ/ Brüsseldə hərbçilərə hücum etmiş şəxs xəstəxanada ölüb.

"Report"un məlumatına görə, bu barədə Belçikanın Federal Prokurorluğundan bildirilib.

Qeyd olunur ki, hərbçilərə hücum terror aktı kimi qiymətləndirilir. "Hesab edirik söhbət terror hücumundan gedir", - deyə prokurorluqdan bildirilib.

Xatırladaq ki, Brüsseldə naməlum şəxs dəhrə ilə hərbçilərə hücum edib. Hücum zamanı hərbçilərdən biri üzündən, digəri əlindən yüngül xəsarət alıb. Onlara tibbi yardım göstərilib. 

Hücum edən şəxsə atəş açılıb və o, ağır yaralanıb. Cinayətkar xəstəxanaya yerləşdirilsə də, orada ölüb.


***00:31

Brüsseldə hərbçilərə hücum etmiş şəxs ağır yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "RTBF" məlumat yayıb. 

Xəbərdə bildirilir ki, o, polis tərəfindən xəsarət alıb və xəstəxanaya yerləşdirilib. "Allahu əkbər", - deyə qışqıran şəxs hərbçilərə dəhrə ilə hücum edib. Bundan sonra ona atəş açılıb.

Hadisə zamanı hərbçilərdən biri üzündən, digəri əlindən yüngül xəsarət alıb. Onlara tibbi yardım göstərilib.

Yerli KİV hərbçilərə hücumm etmiş şəxsin Somalidən olduğunu yazıb. 

Son xəbərlər

Orphus sistemi