Brüssel hücumu: tutulan şəxs ifadə verməkdən imtina edir

Brüssel hücumu: tutulan şəxs ifadə verməkdən imtina edir Salah Abdeslam 31 nəfərin həlak olduğu Brüssel hücumlarından bir neçə gün sonra həbs edilib
Digər ölkələr
26 Mart , 2016 15:08
Brüssel hücumu: tutulan şəxs ifadə verməkdən imtina edir

Bakı. 26 mart. REPORT.AZ/ Paris hücumlarında şübhəli bilinən Salah Abdeslam Brüsseldəki hücumlarla bağlı suallara cavab verməkdən imtina edib. “Report”un BBC-yə istinadən verdiyi məlumata görə, bu barədə Belçika prokurorluğu bildirib.

Onların sözlərinə görə, keçən həftə Brüsseldə həbs edilmiş Abdeslam ilkin olaraq əməkdaşlığa meyilli olub, lakin “susma haqqından istifadə edərək” Brüsseldə çərşənbə axşamı baş vermiş hücumla bağlı sualları cavablandırmayıb.

O, 31 nəfərin həlak olduğu Brüssel hücumlarından bir neçə gün sonra həbs edilib.

Hücumlarla bağlı üç ölkədə - Belçika, Fransa və Almaniyada 12 nəfər həbs edilib. Onlardan bəziləri daha sonra azad edilib.

Bu arada Belçika rəsmiləri Brüssel hücumlarındakı ikinci intiharçının adının Najim Laachraoui olduğunu bildiriblər və əlavə ediblər ki, onun DNT-si həmçinin keçən ilin noyabr ayında Parisdə hücumların baş verdiyi ərazidə aşkar edilib.

Brüssel və Paris hücumlarına görə İŞİD məsuliyyəti üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi