Brüssel "Brexit" üçün daha yumşaq variant nəzərdən keçirir

Brüssel "Brexit" üçün daha yumşaq variant nəzərdən keçirir Plan Böyük Britaniyanın Avropa Azad Ticarət Assosiasiyasına qoşulacağını nəzərdə tutur
Digər ölkələr
15 Aprel , 2017 12:25
Brüssel Brexit üçün daha yumşaq variant nəzərdən keçirir

Bakı. 15 aprel. REPORT.AZ/ Brüssel Norveç və başqa ölkələrin Avropa İttifaqı ilə əlaqələrini əldə əsas tutaraq Böyük Britaniyanın İttifaqdan çıxışı üçün daha yumşaq variant nəzərdən keçirir.

"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, plan Böyük Britaniyanın Norveç, İslandiya, İsveçrə və Lixtenşteynin üzvü olduğu Avropa Azad Ticarət Assosiasiyasına (EFTA) qoşulacağını nəzərdə tutur.

Bundan sonra Britaniya Avropa İqtisadi Zonasına (EEA) üzvlük üçün müraciət edə biləcək və bu, ölkəyə Avropa bazarına sərbəst çıxış imkanı bəxş edəcək.

Qeyd olunur ki, "Norveç modeli" adlanan bənzər variant Britaniyanın Aİ-dən çıxışının mənfi iqtisadi təsirini azaltmağa və ticarət əlaqələrini qorumağa imkan verəcək.

Son xəbərlər

Orphus sistemi