Brüssel beynəlxalq hava limanındakı partlayışda şübhəli bilinən üçüncü şəxs saxlanılıb

Brüssel beynəlxalq hava limanındakı partlayışda şübhəli bilinən üçüncü şəxs saxlanılıb O, paytaxtın Anderlext rayonunda saxlanılıb
Digər ölkələr
23 Mart , 2016 14:32
Brüssel beynəlxalq hava limanındakı partlayışda şübhəli bilinən üçüncü şəxs saxlanılıb

Bakı. 23 mart. REPORT.AZ/ Brüssel beynəlxalq hava limanındakı partlayışda şübhəli bilinən üçüncü şəxs Nacim Laaşraui saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə məlumatı  Brüsselin "DH" qəzeti yayıb. 

O, paytaxtın Anderlext rayonunda saxlanılıb.

Bundan əvvəl hava limanında özlərini partladan iki terrorçunun adı dərc olunub. Bunlar İbrahim və Xalid Bəkravi qardaşlarıdır. N.Laaşraui isə partlayıcı qurğunu işə sala bilməyib. 

Xatırladaq ki, hava limanında partlayış nəticəsində 15 nəfər həlak olub, daha 16 nəfər paytaxt metrosunda törədilən terror aktı zamanı həyatını itirib.

Son xəbərlər

Orphus sistemi