Londonda polisə qarşı keçirilən aksiyada bir neçə nəfər saxlanılıb

Londonda polisə qarşı keçirilən aksiyada bir neçə nəfər saxlanılıb Britaniyanın paytaxtı Londonda ötən gün polisin səlahiyyətlərinin genişləndirillməsinə qarşı keçirilən etiraz aksiyasında 9 nəfər saxlanılıb
Digər ölkələr
2 May , 2021 05:23
Londonda polisə qarşı keçirilən aksiyada bir neçə nəfər saxlanılıb

Britaniyanın paytaxtı Londonda polisin səlahiyyətlərinin genişləndiriliməsinə qarşı ötən gün keçirilən etiraz aksiyasında 9 nəfər saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi bildirib.

Agentliyin məlumatına görə, Britaniya paytaxtının mərkəzi hissəsindəki təntənəli yürüşdə 1 000-dən çox insan iştirak edib.

Nümayişə görə gündüz Tauersk körpüsündə hərəkət müvəqqəti dayandırılıb.

Britaniya sakinləri hələ martdan mübahisəli qanun layihəsinə qarşı aksiyalar keçirirlər. Qanun layihəsi polisə etiraz aksiyalarını dağıtmaq, həmçinin vandalizm və ictimai asayişin pozulması üçün ağır cəza səlahiyyətləri verir. COVID-19 məhdudiyyətlərinə baxmayaraq, aksiyalar 2 aydır davam edir.

Nümayişlərdə xüsusən Bristol sakinləri aktiv iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi