​Naməlum şəxs Polşa prezidentinə hücum edib

​Naməlum şəxs Polşa prezidentinə hücum edib 34 yaşlı gənc saxlanılıb
Digər ölkələr
23 May , 2015 03:36
​Naməlum şəxs Polşa prezidentinə hücum edib

Bakı. 23 may. REPORT.AZ/ Polşanın Torun şəhərində seçicilər ilə görüş zamanı naməlum şəxs prezident Bronislav Komorovskiyə hücum edib.

"Report" "Polşa Radiosu"na istinadən xəbər verir ki, 34 yaşlı gənc prezident avtomobilindən çıxan zaman ona hücum çəkib.

Lakin mühafizə xidməti gənc oğlanın qarşısını prezidentə xəsarət yetirmədən ala bilib. Sözügedən şəxs saxlanılıb. Hadisənin təfərrüatları aydınlaşdırılır.

Xatırladaq ki, mayın 24-də Polşada prezident seçkilərinin ikinci turu keçiriləcək. Birinci turda Komorovski öz əsas rəqibi Ancey Dudeyə məğlub olub.

Son xəbərlər

Orphus sistemi