"British Airways" pilotların tətili səbəbindən 1500 reysi ləğv edib

"British Airways" pilotların tətili səbəbindən 1500 reysi ləğv edib Böyük Britaniyanın British Airways aviaşirkəti pilotların tətili səbəbindən 1500 reysi ləğv edib.
Digər ölkələr
9 Sentyabr , 2019 03:20
British Airways pilotların tətili səbəbindən 1500 reysi ləğv edib

Böyük Britaniyanın "British Airways" aviaşirkəti pilotların tətili səbəbindən 1500 reysi ləğv edib.

"Report" "TASS"a istinadən xəbər verir ki, tətillər bazar ertəsi axşamdan başlayacaq və iki gün davam edəcək.

Aviaşirkətin rəsmi səhifəsində qeyd olunub ki, reysi ləğv edilən sərnişinlər hava limanına gəlməməlidir.

Qeyd olunub ki, "British Airways" reysi ləğv olunan sərnişinlərə biletlərini pulsuz olaraq başqa günə dəyişdirmək və ya kompensasiya almaq imkanı yaradıb.

Tətil kompaniyanın 280 min sərnişinə təsir edib. Pilotlar özləri üçün daha sərfəli əmək şəraiti - maaşların artırılmasını və iş qrafikinin dəyişdirilməsini tələb edirlər.

Son xəbərlər

Orphus sistemi