"British Airways" Las-Veqas aeroportunda baş vermiş hadisə ilə bağlı açıqlama yayıb

"British Airways" Las-Veqas aeroportunda baş vermiş hadisə ilə bağlı açıqlama yayıb Şirkət: Tibbi müayinədən sonra bütün xəsarət alan sərnişinlər evə buraxılıb
Digər ölkələr
9 Sentyabr , 2015 18:21
British Airways Las-Veqas aeroportunda baş vermiş hadisə ilə bağlı açıqlama yayıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ “British Airways” aviaşirkəti Las-Veqas aeroportunda baş vermiş hadisə ilə bağlı rəsmi açıqlama yayıb. Aviaşirkətdən "Report"a verilən məlumata görə, Las-Veqas şəhərinin aeroportunda təyyarədə yaşanan hadisə zamanı avialaynerin göyərtəsində 157 sərnişin olub. Onlardan səkkizi yüngül xəsarətlərlə xəstəxanaya çatdırılıb. 

"British Airways" şirkəti zərər çəkmiş sərnişinlərə yardım göstərmək məqsədilə bir qrup əməkdaşını müvafiq xəstəxanalara göndərib. Tibbi müayinədən sonra bütün xəsarət alanlar artıq evlərinə buraxılıb", - şirkətdən bildirilib.

Son xəbərlər

Orphus sistemi