​"British Airways"ə məxsus təyyarə eniş edərkən təkəri partlayıb

​"British Airways"ə məxsus təyyarə eniş edərkən təkəri partlayıb Laynerin göyərtəsində 94 sərnişin və 6 heyət üzvü olub
Digər ölkələr
27 Oktyabr , 2015 01:38
​British Airwaysə məxsus təyyarə eniş edərkən təkəri partlayıb

Bakı. 27 oktyabr. REPORT.AZ/ "British Airways" aviaşirkətinə məxsus "BA Boeing 737-400" təyyarəsinin CAR-ın paytaxtı Yohannesburqda eniş etməsindən bir qədər sonra sol şassisi partlayıb. Laynerin göyərtəsində 94 sərnişin və 6 heyət üzvü olub.

"Report" "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, "British Airways"in franşizi olan "Comair" aviaşirkətinin bəyanatına görə, bütün sərnişin və heyət üzvləri sağ-salamat eniş edib və heç kim xəsarət almayıb.

CAR-ın turizm şirkətinin məlumatına görə, qəza xidmətinin əməkdaşları təyyarə yanında işlədiyi müddət ərzində uçuş-eniş zolağı müvəqqəti bağlanıb.

Aeroportun məlumtına görə, yaxın vaxtlarda insidentin araşdırılmasına başlanacaq.

Son xəbərlər

Orphus sistemi