Britaniyanın xarici işlər naziri növbəti seçkilər öncəsi parlamenti tərk edə bilər

Britaniyanın xarici işlər naziri növbəti seçkilər öncəsi parlamenti tərk edə bilər Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli hakim Mühafizəkarlar Partiyasının məğlub olacağı və müxalifətə keçəcəyi ehtimal edilən növbəti seçkilərdən əvvəl parlamenti tərk edə bilər.
Digər ölkələr
24 iyun 2023 03:52
Britaniyanın xarici işlər naziri növbəti seçkilər öncəsi parlamenti tərk edə bilər

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli hakim Mühafizəkarlar Partiyasının məğlub olacağı və müxalifətə keçəcəyi ehtimal edilən növbəti seçkilərdən əvvəl parlamenti tərk edə bilər.

“Report” xəbər verir ki, bu barədə “The Daily Telegraph” məlumat yayıb.

“Düşünmürəm ki, beynəlxalq böhran zamanı xarici işlər naziri olduqdan sonra Ukraynadakı kimi illərlə müxalifətdə ola bilərsiniz, orada əldə edə biləcəyiniz ən yaxşı iş partiya lideridir. Mühafizəkarlar Partiyası hazırda tam qarışıqlıq içindədir, ona görə də o, ailəsi ilə daha çox vaxt keçirməyi düşünür”, - deyə qəzetə mənbə bildirib.

Xarici işlər nazirinin nümayəndəsi nəşrin sorğusuna cavab verməyib.

Son xəbərlər

Orphus sistemi