Britaniyanın səhiyyə naziri koronavirusa yoluxub

Britaniyanın səhiyyə naziri koronavirusa yoluxub Böyük Britaniyanın Səhiyyə naziri Sacid Cavid koronavirusa yoluxub.
Digər ölkələr
17 İyul , 2021 17:22
Britaniyanın səhiyyə naziri koronavirusa yoluxub
Sacid Cavid

Böyük Britaniyanın səhiyyə naziri Sacid Cavid koronavirusa yoluxub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə nazir tviter səhifəsində yazıb.

“Bu səhər COVID-19-la bağlı verdiyim testin cavabı müsbət olub. Ancaq pevənd olunduğum üçün xəstəliyin simptomları zəifdir. Siz vaksinasiya olunmayıbsınızsa, zəhmət olmazsa bunu tezləşdirin”, - Sacid Cavid bildirib.

Qeyd edək ki, onun sələfi Mett Henkok da 2020-ci ilin yazında pandemiyanın birinci dalğasında koronavirusa yoluxmuşdu.

Son xəbərlər

Orphus sistemi