Britaniyanın Oksford şəhərində baş verən atışma zamanı 1 nəfər xəsarət alıb - YENİLƏNİB

Britaniyanın Oksford şəhərində baş verən atışma zamanı 1 nəfər xəsarət alıb - YENİLƏNİB Bakı. 7 may. REPORT.AZ/ Britaniyanın Oksford şəhərində baş verən atışma zamanı 1 nəfər xəsarət alıb.
Digər ölkələr
7 May , 2018 21:36
Britaniyanın Oksford şəhərində baş verən atışma zamanı 1 nəfər xəsarət alıb - YENİLƏNİB

Bakı. 7 may. REPORT.AZ/ Britaniyanın Oksford şəhərində baş verən atışma zamanı 1 nəfər xəsarət alıb.

"Report" "BBC"yə istinadən xəbər verir ki, polis cinayətkara atəş açıb. 

Hazırda polis əməkdaşları binalardan birində olan cinayətkarla danışıqlar aparır. Hadisəyə yaxın olan ərazilər polis tərəfindən əhatəyə alınıb.


***21:26

Britaniyanın Oksford şəhərində atışma olub.

"Report"un məlumatına görə, bu barədə yerli mətbuat xəbər verib.

Şahidlər atışma səsləri ilə yanaşı, partlayış səsi də eşidiblər. "İndependent" bildirib ki, atışma hüquq-mühafizə orqanlarının əməkdaşları ilə naməlum şəxs arasında baş verib.

Polis vətəndaşları əməliyyat başa çatana qədər şəhərin mərkəzindən uzaq olmağa çağırıb. 

Son xəbərlər

Orphus sistemi