Britaniyanın "Nüvə Qalxanı"nın təkmilləşdirilməsi 250 mlrd dollara başa gələcək

Britaniyanın "Nüvə Qalxanı"nın təkmilləşdirilməsi 250 mlrd dollara başa gələcək Bunu Britaniya Nümayəndələr Palatasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Krispin Blant deyib
Digər ölkələr
26 Oktyabr , 2015 00:40
Britaniyanın Nüvə Qalxanının təkmilləşdirilməsi 250 mlrd dollara başa gələcək

Bakı. 26 oktyabr. REPORT.AZ/ Böyük Britaniyanı nüvə hücumlarından qoruyan "Nüvə Qalxanı"nın təkmilləşdirilməsi üçün 167 milyard funt sterlinq (250 mlrd ABŞ dolları) vəsait tələb olunur.

"Report"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, Britaniya Nümayəndələr Palatasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Krispin Blant bildirib ki, nüvə zərbələrinin qarşısını alacaq "Traydent" tipli ballistik raketlərlə təhçiz olunan sualtı qayıqlar artıq köhnəlib və günün tələblərinə cavab vermir.

Onun sözlıərinə görə, "Vanguard" seriyalı sualtı qayıqların yenilənməsi üçün ciddi büdcə tələb olunur. Belə ki, hər yeni sualtı qayıq Böyük Britaniyaya büdcəsinə 15-20 milyard funt sterlinqə başa gələcək.

Son xəbərlər

Orphus sistemi