Britaniyanın nəqliyyat nazirinin müavini "Brexit"ə görə istefa verib

Britaniyanın nəqliyyat nazirinin müavini "Brexit"ə görə istefa verib Bakı. 9 noyabr. REPORT.AZ/ Britaniyanın nəqliyyat nazirinin müavini Co Conson hökumətin kortəbii surətdə Brexitə doğru getdiyini səbəb gətirərək, istefa verib.
Digər ölkələr
9 Noyabr , 2018 20:10
Britaniyanın nəqliyyat nazirinin müavini Brexitə görə istefa verib

Bakı. 9 noyabr. REPORT.AZ/ Britaniyanın nəqliyyat nazirinin müavini Co Conson hökumətin "kortəbii surətdə Brexit"ə doğru getdiyini səbəb gətirərək, istefa verib.

“Report” xəbər verir ki, o bunu öz bloqunda yazıb.

"Brexit" mənim ölkəmi parçaladı, siyasi partiyaları böldü, ailələri ayırdı", - deyə o bildirib.

Conson həmçinin Britaniyanın Avropa İttifaqının (Aİ) tərkibində qalmasına səs verdiyini söyləyib. O, hökumətin "Brexit"i uğura çevirəcəyinə ümid etdiyini, lakin indi hazırkı vəziyyətin ona yalnış kimi göründüyünü bildirib.

Nazir müavininin sözlərinə görə, ölkə xalqının seçimi yoxdur. O bildirib ki, Britaniya Aİ-ni ölkənin iqtisadi cəhətdən zəifləməsinə gətirib çıxaracaq sazişlə tərk edəcək. Başqa bir variant isə sazişin olmamasıdır. Onun fikrincə, bu, ölkə üçün fəlakətlə nəticələnə bilər.

Conson eləcə də əlavə edib ki, Britaniya xalqına bu məsələ ilə bağlı yekun qərar qəbul etmək hüququ vermək lazımdır.

Bundan əvvəl Tereza Meyin Aİ-nin "Brexit"lə bağlı güzəşt etməsinə nail olduğu xəbər verilib.

Son xəbərlər

Orphus sistemi