Britaniyanın müxalifət lideri istefa verə bilər

Britaniyanın müxalifət lideri istefa verə bilər Britaniyanın müxalif Leyboristlər Partiyasının lideri Kir Starmer bildirib ki, əgər polis onu koronavirus qaydalarını pozmaqda günahkar hesab edib cərimə yazarsa, tutduğu vəzifədən istefaya verəcək.
Digər ölkələr
10 May , 2022 04:20
Britaniyanın müxalifət lideri istefa verə bilər

Britaniyanın müxalif Leyboristlər Partiyasının lideri Kir Starmer bildirib ki, əgər polis onu koronavirus qaydalarını pozmaqda günahkar hesab edib cərimə yazarsa, tutduğu vəzifədən istefaya verəcək.

“Report” xəbər verir ki, mayın 6-da Durham polisi, Starmer və partiyanın bir neçə digər üzvləri tərəfindən koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlərin mümkün pozuntularını araşdıracaqlarını söyləyib.

Söhbət 30 aprel 2021-ci ildə baş verən hadisədən gedir. Həmin gün Hartlpul seçki dairəsindən Böyük Britaniya parlamentinə təkrar seçkilər ərəfəsində şəhərə gələn Starmer həmkarları ilə birlikdə yerli deputatın kabinetində nahar edib və bir şüşə pivə içib. O dövrdə qüvvədə olan qaydalara görə bir evdə yaşamayan insanların qapalı yerlərdə toplaşmaları qadağan idi.

“Mən şərəfə, dürüstlüyə və qaydaları yaradanların onlara əməl etməli olduğu prinsipinə inanıram. Çox açıq deyirəm ki, heç bir qanun pozulmayıb, onlara daim riayət olunub. Gec işləyəndə sadəcə qəlyanaltı yedim. Bununla belə, əgər polis məni cərimələmək qərarına gəlsə, o zaman təbii ki, düzgün qərar verib, istefa verəcəm”-deyə, Starmer bildirib.

Partiyanın sədr müavini Angela Rayner də bildirib ki, əgər polis tərəfindən cərimələnsə vəzifəsini tərk edəcək.

Son xəbərlər

Orphus sistemi