Britaniyanın müdafiə naziri Süleymaninin öldürülməsini dəstəkləyib

Britaniyanın müdafiə naziri Süleymaninin öldürülməsini dəstəkləyib Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib ki, ABŞ beynəlxalq qanunlara uyğun olaraq İran generalı Qasım Suleymaninin zərərsizləşdirilməsi hüququna malik idi, çünki bu addım özünümüdafiə üçün atılıb.
Digər ölkələr
218
5 Yanvar , 2020 07:03
Britaniyanın müdafiə naziri Süleymaninin öldürülməsini dəstəkləyib

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib ki, ABŞ "beynəlxalq qanunlara uyğun olaraq" İran generalı Qasım Suleymaninin zərərsizləşdirilməsi hüququna malik idi, çünki bu addım özünümüdafiə üçün atılıb.

"Report"un məlumatına görə, bu barədə "İnterfaks" məlumat yayıb.  

"Beynəlxalq qanunlara uyğun olaraq Birləşmiş Ştatlar özünü vətəndaşlarına bilavasitə təhlükə törədənlərdən müdafiə etmək hüququna malikdir", - deyə nazir bildirib.

Uollesin bu bəyanatı amerikalı həmkarı Mark Esperlə telefon danışığının nəticəsinə əsasən yayılıb.

Britaniya naziri regionda vəziyyətin gərginləşməsi ilə əlaqədar ölkənin hərb gəmilərini Hörmüz boğazı ərazisindəki ticarət gəmilərinin mühafizəsinə yönəltdiyini təsdiqləyib.

Ben Uollesin sözlərinə görə, o, “HMS Montrose and HMS Defender” gəmilərinə Yaxın Şərq ərazisində çıxışa hazırlıq haqqında əmr verib.

Son xəbərlər

Orphus sistemi