Bakı. 8 dekabr. REPORT.AZ/ Böyük Britaniyanın Misirin paytaxtı Qahirədəki səfirliyi fəaliyyətini müvəqqəti olaraq dayandırdığını bəyan edib.
"Report" BBC-yə istinadən xəbər verir ki, səfirlikdəki mənbə bu addımın təhlükəsizlik məqsədi ilə atıldığını bildirib.
Səfirliyin fəaliyyətini nə zaman bərpa edəcəyi məlum deyil.
Son vaxtlar Misirdə tez-tez partlayışlar baş verir. Hökumət bu məsələdə İslam hərəkatları tərəfdarlarını ittiham edir.