Britaniyanın DİN rəhbəri Eymsberidəki hadisə ilə bağlı təcili iclas keçirəcək

Britaniyanın DİN rəhbəri Eymsberidəki hadisə ilə bağlı təcili iclas keçirəcək Bakı. 5 iyul. REPORT.AZ/ Britaniyanın DİN rəhbəri Cadcid Cavid Eymsberidəki hadisə ilə bağlı təcili iclas keçirəcək.
Digər ölkələr
5 İyul , 2018 02:22
Britaniyanın DİN rəhbəri Eymsberidəki hadisə ilə bağlı təcili iclas keçirəcək

Bakı. 5 iyul. REPORT.AZ/ Britaniyanın DİN rəhbəri Cadcid Cavid Eymsberidəki hadisə ilə bağlı təcili iclas keçirəcək.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri "Twitter"də bildirib.

"Bu, mart ayında Solsberi baş vermiş ağılsız və barbar hücumundan sonra baş verdi. Mən sabah istintaqla bağlı fövqəladə komitəsinin görüşündə sədrlik edəcəm" – deyə Cavidin, bəyanatda deyilir.

Fövqəladə komitənin tərkibinə Nazirlər Kabinetinin, polisin, xüsusi və təcili xidmət orqanlarının nümayəndələri daxildir.

Daha əvvəl Skotlend-Yardın Anti-terror bölməsinin başçısı Eymsberidə kişi və qadının zəhərləndiyini təsdiqləyib. Onlar Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızının zəhərləndiyi maddə ilə zəhərləniblər. 

Son xəbərlər

Orphus sistemi