Yuxarı
    Bağlamaq

    ​Britaniyanın DİN başçısı baş nazirliyə namizədliyini irəli sürüb

    Tereza Mey üç səbəbdən namizədliyini irəli sürdüyünü söyləyib

    Bakı. 30 iyun. REPORT.AZ/ Britaniyanın daxili işlər naziri Tereza Mey krallığın baş naziri postuna namizədliyini irəli sürüb.

    "Report" xəbər verir ki, bu haqda "Times" qəzeti məlumat yayıb.

    "Mühafizəkarlar Partiyasının lideri və Britaniyanın baş naziri olmaq uğrunda mübarizəyə başlayıram", - deyə, 59 yaşlı siyasətçi bildirib.

    T.Mey üç səbəbdən namizədliyini irəli sürdüyünü vurğulayıb: "Referendumdan sonra ölkəmizin etibarlı və güclü rəhbərliyə ehtiyacı var, partiya və dövlətimizi birləşdirəcək rəhbərliyin olması vacibdir, ölkəmizin gələcəyinə cəsur, müsbət və yeni yanaşmalar lazımdır".

    Qeyd edək ki, iyunun 23-də Britaniyanın Avropa İttifaqında qalıb-qalmaması məsələsi ilə bağlı referendum keçirilib. Həmin referendumda seçicilərin 51,8 faizi ittifaqdan çıxmağın, 48,2 faizi isə qalmağın lehinə səs verib. Bu siyasi kampaniyanın nəticəsi elan olunduqdan sonra hazırkı baş nazir Devid Kemeron üç ay ərzində özünün və hökumətinin istefa verəcəyini bildirmişdi.

    Qeyd edək ki, krallıqda baş nazirin sentyabrın 2-də seçilməsi nəzərdə tutulub.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi