Cəbəllütariq, Nyukasl, Orkney adalarının seçiciləri ​Britaniyanın Aİ-dən çıxmasının əleyhinə səs verib

Cəbəllütariq, Nyukasl, Orkney adalarının seçiciləri ​Britaniyanın Aİ-dən çıxmasının əleyhinə səs verib Birləşmiş Krallığın Aİ-nin tərkibində üzvlüyünün saxlanılmasının tərəfdarları 57,3 faiz səs göstərici ilə liderdir
Digər ölkələr
24 İyun , 2016 05:55
Cəbəllütariq, Nyukasl, Orkney adalarının seçiciləri ​Britaniyanın Aİ-dən çıxmasının əleyhinə səs verib

Bakı. 24 iyun. REPORT.AZ/ Britaniyanın Cəbəllütariq, Nyukasl və Orkney adalarının seçiciləri referendumda ölkənin Avropa İttifaqının tərkibindən çıxmasının əleyhinə səs veriblər. 

"Report" xəbər verir ki, bunu həmin ərazilərin seçici bülletenlərinin nəticələri göstərir.

Onlar 382 dairənin ilk üçlüyündə yer alıblar. Səslərin hesablanması artıq başa çatıb. Beləliklə, hazırda Birləşmiş Krallığın Aİ-nin tərkibində üzvlüyünün saxlanılmasının tərəfdarları 57,3 faiz səs göstəricisi ilə liderdir. 

Ölkənin Aİ-dən çıxmasının tərəfdarları isə cəmi 42,7 faiz səs toplayıb.

Son xəbərlər

Orphus sistemi