Bakı. 9 noyabr. REPORT.AZ/ Böyük Britaniyanın beynəlxalq inkişaf naziri Priti Patel istefa verib.
"Report" "Sky News"a istinadən xəbər verir ki, buna avqustda ailəsi ilə birgə İsrailə qeyri-rəsmi səfər zamanı onun yəhudi dövlətinin ali rəhbərliyi, eləcə də, baş nazir Binyamin Netanyahu ilə görüşü səbəb olub.
Bildirilir ki, Patel bundan sonra üzr istəyib, lakin Afrika ezamiyyəti zamanı geri çağırılıb. Ardınca Britaniyanın Leyboristlər partiyasında nazir barədə araşdırma aparılması tələb olunub, həmçinin Patelin tutduğu vəzifədən istefaya getməsinə çağırış edilib.