Britaniyanın baş naziri: “Rusiyaya qarşı diplomatik, iqtisadi və hərbi tədbirlər hazırlayacağıq”

Britaniyanın baş naziri: “Rusiyaya qarşı diplomatik, iqtisadi və hərbi tədbirlər hazırlayacağıq” Rusiyanın Britaniya ərazisindək diplomatları çıxarıla, rusiyalı oliqarxlara viza verilməyə bilər
Digər ölkələr
9 Mart , 2018 17:26
Britaniyanın baş naziri: “Rusiyaya qarşı diplomatik, iqtisadi və hərbi tədbirlər hazırlayacağıq”
REUTERS/ Richard Pohle

Bakı. 9 mart. REPORT.AZ/ “Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalın zəhərlənməsində iştirakı təsdiqlənərsə, onda Rusiyaya qarşı diplomatik, iqtisadi və hərbi tədbirlər hazırlayacağıq”.

“Report” “The Sun” qəzetinə istinadən xəbər verir ki, bunu Britaniyanın baş naziri Tereza Mey deyib.

Tədbirlərə Rusiyanın Britaniya ərazisindək diplomatlarının çıxarılması, rusiyalı oliqarxlara viza verilməsinin ləğvi və onların Krallığa bağlı maliyyə qurumlarındakı bank hesablarının dondurulması daxildir.

Xatırladaq ki, martın 4-də Britaniyada Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı zəhərlənib. Bu hadisədə xəsarət alanların sayı 20 nəfəri ötüb. Hazırda xəstəxanada Skripal, onun qızı Yuliya və polis zabiti müalicələrini davam etdirirlər. 

Orphus sistemi