Britaniyanın Baş naziri postu uğrunda mübarizəyə keçmiş maliyyə naziri də qatılacaq

Britaniyanın Baş naziri postu uğrunda mübarizəyə keçmiş maliyyə naziri də qatılacaq Böyük Britaniyanın keçmiş maliyyə naziri Ruşi Sunak baş nazir postu uğrunda mübarizəyə qatılmaq niyyətindədir.
Digər ölkələr
23 Oktyabr , 2022 14:14
Britaniyanın Baş naziri postu uğrunda mübarizəyə keçmiş maliyyə naziri də qatılacaq

Böyük Britaniyanın keçmiş maliyyə naziri Ruşi Sunak baş nazir postu uğrunda mübarizəyə qatılmaq niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə Sunak sosial şəbəkədəki hesabında yazıb.

"Böyük Britaniya böyük ölkədir, lakin biz indi dərin iqtisadi böhran içərisindəyik. Ona görə də mən Mühafizəkarlar Partiyasının lideri və sizin növbəti baş nazir olacağam", - Sunak qeyd edib.

Qeyd edək ki, hökumət başçısı olmağa əsas namizədlər arasında 2019-cu idə krallıq tarixində ilk qadın müdafiə naziri olmuş Penni Mordauntun adı da hallanır.

Xatırladaq ki, Liz Trass oktyabrın 20-də 45 günlük hakimiyyətindən sonra iqtisadi proqramını həayata keçirə bilmədiyi üçün istefa verib.

Son xəbərlər

Orphus sistemi