Britaniyanın baş naziri: “Mən həyatımı həkimlərə borcluyam” - FOTO

Britaniyanın baş naziri: “Mən həyatımı həkimlərə borcluyam” - FOTO COVID-19 infeksiyasına yoluxmuş Böyük Britaniyanın baş naziri Boris Conson hesab edir ki, həyatını onun qayğısına qalan həkimlərə borcludur.
Digər ölkələr
12 Aprel , 2020 02:09
Britaniyanın baş naziri: “Mən həyatımı həkimlərə borcluyam” - FOTO

COVID-19 infeksiyasına yoluxmuş Böyük Britaniyanın baş naziri Boris Conson hesab edir ki, həyatını onun qayğısına qalan həkimlərə borcludur.

“Report” xəbər verir ki, bu barədə baş nazirin dostlarının açıqlamasına istinadən “Sky News” telekanalı bildirir.

Telekanal qeyd edib ki, Conson müalicə olunduğu Müqəddəs Tomas Xəstəxanasında nümunəvi tibbi müayinəni yüksək qiymətləndirib.

"Mən onlara necə təşəkkür edəcəyimi ifadə edə bilmirəm. Mən onlara həyatımı borcluyam", - “Sky News” Consonun bəyanatını dostlarına istinadən yayıb.

Conson koronavirusa yoluxduğunu martın 27-də elan edib. O, həmin vaxtdan özünü təcrid edib. Buna baxmayaraq, baş nazir son günlərə qədər işləməyə davam edirdi.

Son xəbərlər

Orphus sistemi