Britaniyanın baş naziri hərbçilərin sayının ixtisarı haqqında xəbəri təkzib edib

Britaniyanın baş naziri hərbçilərin sayının ixtisarı haqqında xəbəri təkzib edib Britaniyanın baş naziri Boris Conson hərbçilərin sayının ixtisar ediləcəyi haqqında mətbuatda yayılan informasiyanı təkzib edib.
Digər ölkələr
24 Noyabr , 2019 22:57
Britaniyanın baş naziri hərbçilərin sayının ixtisarı haqqında xəbəri təkzib edib

Britaniyanın baş naziri Boris Conson hərbçilərin sayının ixtisar ediləcəyi haqqında mətbuatda yayılan informasiyanı təkzib edib.

"Report" xəbər verir ki, bu barədə o "Sky News" telekanalının canlı yayımında bildirib.

Baş nazir qeyd edib ki, "Sunday Times" nəşrinin ölkənin quru qoşunlarının sayının azaldılmasının planlaşdırılması barədə yazdığı həqiqəti əks etdirmir.

Britaniyanın hökumət başçısının sözlərinə görə, London silahlı qüvvələrin sayını azaltmağa hazırlaşmır. Hərbçilərin mövcud sayı olduğu kimi qalacaq.

"Biz NATO çərçivəsində öhdəliyimizi saxlayaraq silahlı qüvvələrimizin maliyyələşdirilməsini 2 faiz artırırıq", - deyə Boris Conson bildirib.

Son xəbərlər

Orphus sistemi