Böyük Britaniyanın baş naziri Fransada “brexit”i müzakirə edəcək

Böyük Britaniyanın baş naziri Fransada “brexit”i müzakirə edəcək O, Fransa prezidenti Emannuel Makronla görüşəcək
Digər ölkələr
12 İyun , 2017 14:10
Böyük Britaniyanın baş naziri Fransada “brexit”i müzakirə edəcək

Bakı. 12 iyun. REPORT.AZ/ Böyük Britaniyanın Baş naziri Tereza Mey iyunun 13-də Fransaya səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə Britaniya hökumətinin başçısı “Sky News”a müsahibəsində bildirib.

O, Fransa Prezidenti Emannuel Makronla görüşdə krallığın Avropa İttifaqından çıxması məsələsini də müzakirə etməyi planlaşdırdığını söyləyib.

Qeyd edək ki, Tereza Mey iyunun 11-də hökuməti iyunun 8-də keçirilən parlament seçkilərində ən az səs toplayan Şimali İrlandiyanın Demokratik Birlik Partiyasının dəstəyi ilə formalaşdırıb. 

Son xəbərlər

Orphus sistemi