Britaniyanın Baş naziri əyləncələrdə müntəzəm iştirakda ittiham edilir

Britaniyanın Baş naziri əyləncələrdə müntəzəm iştirakda ittiham edilir Britaniyada Dauninq-stritin əməkdaşları koronavirus pandemiyası zamanı mütəmadi olaraq Baş nazir Boris Consonun da iştirak etdiyi şənliklər keçirib.
Digər ölkələr
15 Yanvar , 2022 02:52
Britaniyanın Baş naziri əyləncələrdə müntəzəm iştirakda ittiham edilir
Boris Conson

Britaniyada Dauninq-stritin əməkdaşları koronavirus pandemiyası zamanı mütəmadi olaraq Baş nazir Boris Consonun da iştirak etdiyi şənliklər keçirib.

“Report”un məlumatına görə, bu barədə “Mirror qəzeti xəbər verib.

Nəşrin mənbələri bildirib ki, Baş nazir qapalı məkanda ünsiyyətə qoyulan qadağanın qarşısını almaq üçün öz köməkçilərini “buxarı buraxmağa” dəvət edib. Bu məhdudiyyət ölkədə koronavirus pandemiyası ilə mübarizə məqsədilə tətbiq edilib. Qəzet Consonu ziyafətlərdə daimi iştirakda təqsirləndirib. Nəşr bildirib ki, dauninq stritdə keçirilən "şərab cümələri" üçün işçilər hətta xüsusi soyuducu da alıblar.

“Mütəmadi tədbirlər o qədər məşhur idi ki, işçilər ağ şərab, prosekko və pivə şüşələrini sərin saxlamaq üçün hətta 142 funt sterlinqlik soyuducuya da sərmayə qoydular”, - nəşr vurğulayıb.

Bundan əlavə, Baş nazirin köməkçiləri növbə ilə hər cümə günü Vestminsterdəki “Tesco” mağazasına baş çəkərək təkərli çamadanla 34 şüşənin yerləşdiyi soyuducunu doldurublar. Qeyd olunur ki, “şərab cümələri” dauninq stritin köhnə ənənəsidir və işçilərə iş həftəsinin sonunda istirahətə kömək edir.

Son xəbərlər

Orphus sistemi