Böyük Britaniyanın baş naziri: “Cinayətkarın kimliyi məlumdur”

Böyük Britaniyanın baş naziri: “Cinayətkarın kimliyi məlumdur” Mançesterdə bir ticarət mərkəzində insanlar terror təhlükəsi ilə bağlı təxliyə edilib
Digər ölkələr
23 May , 2017 14:44
Böyük Britaniyanın baş naziri: “Cinayətkarın kimliyi məlumdur”

Bakı. 23 may. REPORT.AZ/ “Polis və təhlükəsizlik xidməti tərəfindən cinayətkarın kimliyinin müəyyən edildiyi ehtimal olunur”.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Böyük Britaniyanın Baş naziri Tereza Mey Mançesterdə törədilən terror aktı ilə bağlı bildirib.

O, araşdırma getdiyindən cinayətkarın adını açıqlamayıb, ancaq terror təhlükəsinin səviyyəsinin artmayacağını da vurğulayıb.

Baş nazir terrorun törədildiyi Mançester şəhərinə gedib və hökumətin fövqəladə komitəsinin daha bir iclasını keçirib.

Bu arada Mançesterdə bir ticarət mərkəzində insanlar terror təhlükəsi ilə bağlı təxliyə edilib. 

Qeyd edək ki, Mançesterdə amerikalı müğənni Ariana Qrandenin konsertində törədilən terror aksiyası nəticəsində 22 nəfər ölüb, 59 tamaşaçı yaralanıb.

Son xəbərlər

Orphus sistemi