Britaniyanın Almaniyadakı səfirliyinin mühafizəçisi Rusiyaya casusluqda şübhəli bilinir

Britaniyanın Almaniyadakı səfirliyinin mühafizəçisi Rusiyaya casusluqda şübhəli bilinir Britaniyanın Almaniyadakı səfirliyində işləyən mühafizəçi casusluqda şübhəli bilinir. O, Rusiyanın xeyrinə məlumat toplayaraq qarşı tərəfə ötürüb.
Digər ölkələr
7 aprel 2022 04:54
Britaniyanın Almaniyadakı səfirliyinin mühafizəçisi Rusiyaya casusluqda şübhəli bilinir

Britaniyanın Almaniyadakı səfirliyində işləyən mühafizəçi casusluqda şübhəli bilinir. O, Rusiyanın xeyrinə məlumat toplayaraq qarşı tərəfə ötürüb.

Bu barədə “Report” “Bloomberg”ə istinadən xəbər verir.

Mühafizəçi David Ballantayn Smit Almaniyadan çıxarılıb. O, "Dövlət sirləri haqqında" Qanuna uyğun olaraq doqquz cinayət əməlində ittiham edilir. Berlinin Polis Xidmətinin məlumatına görə, həmin şəxs Rusiya Federasiyasına məlumat ötürürmüş.

Smit cümə axşamı məhkəmə qarşısına çıxarılmalıdır. Onun üçün vəkil tapmaq mümkün olmayıb.

Son xəbərlər

Orphus sistemi