Britaniyanın 175 dairəsində ölkənin Aİ-dən çıxmasının tərəfdarları üstün olub

Britaniyanın 175 dairəsində ölkənin Aİ-dən çıxmasının tərəfdarları üstün olub Seçicilərin 51,3 faizi Birləşmiş Krrallığın Aİ-dən çıxmasına tərəfdar olduğunu bildirib
Digər ölkələr
24 İyun , 2016 07:54
Britaniyanın 175 dairəsində ölkənin Aİ-dən çıxmasının tərəfdarları üstün olub

Bakı. 24 iyun. REPORT.AZ/ Bülletenləri hesablanmış dairələrin ümumi sayına görə, Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsinin (Brexit) tərəfdarları öndədir. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, 382 dairədən 175-nin nəticələri artıq məlumdur.

Nəticələrə görə, seçicilərin 51,3 faizi Birləşmiş Krallığın Aİ-dən çıxmasına tərəfdar olduğunu bildirib. Belə ki, Şeffild, Blekpul və Qosport, Milton Kins sakinləri Birləşmiş Krallığın Aİ-dən çıxmasına səs veriblər.

Seçkilərdə iştirak etmiş seçicilərin 48,7 faizi isə ölkənin ittifaqda qalmasının lehinə səs verib.

Son xəbərlər

Orphus sistemi