Yuxarı

Britaniyalıların 36 faizi ölkənin Avropa İttifaqından çıxmasını dəstəkləyir

Bu, TNS kompaniyasının keçirdiyi sosioloji sorğu nəticəsində məlum olub

Bakı. 20 fevral. REPORT.AZ/ Britaniyalıların əksəriyyəti referendumun bu gün keçiriləcəyi təqdirdə ölkənin Avropa İttifaqından çıxması ideyasını dəstəklədiyini bildirib. Bu, TNS kompaniyasının keçirdiyi sosioloji sorğu nəticəsində məlum olub.

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, rəyi soruşulanların 36 faizi Böyük Britaniyanın 28 Avropa ölkəsinin ittifaqından çıxmasının tərəfdarı olduqlarını deyib. Respondentlərin 34 faizi bunun əksi olan rəy söyləyib. Sorğuda iştirak edən britaniyalıların 23 faizi öz mövqeyini hələ ki, müəyyənləşdirməyib, 7 faizi isə ümumiyyətlə Baş nazir Devid Kemeronun seçkiqabağı verdiyi vədlərdən biri olan referendumda iştirak etməyəcəyini bildirib.

Maraqlıdır ki, Avropa İttifaqına şübhə ilə yanaşanların əksəriyyəti 55 yaşdan yuxarı şəxslərdir. Bu yaş qrupunda rəyi soruşulanların 48 faizi ölkənin Aİ-nin tərkibindən çıxmasını dəstəklədiyini etiraf edib. Hadisələrin bu cür inkişafının əleyhinə olanların çoxu isə Böyük Britaniyanın 18-24 yaş arasındakı vətəndaşlarıdır. Onların 57 faizi Londonun Brüssellə əlaqələrinin kəsilməsini istəmir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi