Britaniyalı deputatın qətlində şübhəli bilinən şəxsin psixi pozğunluğu olduğu aşkarlanıb

Britaniyalı deputatın qətlində şübhəli bilinən şəxsin psixi pozğunluğu olduğu aşkarlanıb Deputatın ölümü ilə əlaqədar Böyük Britaniyanın Aİ-də üzvlüyünün lehinə və əleyhinə təşviqat kampaniyaları dayandırılıb
Digər ölkələr
17 İyun , 2016 12:04
Britaniyalı deputatın qətlində şübhəli bilinən şəxsin psixi pozğunluğu olduğu aşkarlanıb

Bakı. 17 iyun. REPORT.AZ/ Britaniya parlamentinin Leyborist partiyasından olan deputatı Co Koksun qətlində şübhəli bilinən şəxs uzun müddətdir psixi pozğunluqdan əziyyət çəkib və siyasətə maraq göstərməyib. 

"Report" xəbər verir ki, bu barədə Britaniyanın "The Daily Mail" nəşri yazır.

52 yaşlı şübhəli şəxs Tomas Meyrin qohumları və qonşularının sözlərinə görə, o, heç zaman siyasətə və ya Aİ referendumuna maraq göstərməyib. Şübhəli şəxsin ögey qardaşı Meyrin obsessiv-kompulsiv pozuntudan əziyyət çəkdiyini təsdiqləyib. 

Xatırladaq ki, Britaniya parlamentinin deputatı 41 yaşlı Co Koks iyunun 16-da Lidsin yaxınlığındakı Berstall kəndində ona qarşı olan hücum nəticəsində aldığı yaralardan həyatını itirib. 

Deputatın ölümü ilə əlaqədar Böyük Britaniyanın Aİ-də üzvlüyünün lehinə və əleyhinə təşviqat kampaniyaları dayandırılıb.

Son xəbərlər

Orphus sistemi