Britaniyalı deputatın qatili özünü İŞİD tərəfdarı adlandırıb

Britaniyalı deputatın qatili özünü İŞİD tərəfdarı adlandırıb Böyük Britaniyada Mühafizəkarlar Partiyasından olan deputat David Amessi qətlə yetirməkdə şübhəli bilinən Əli Harbi Əli özünü İŞİD tərəfdarı adlandırıb.
Digər ölkələr
22 Oktyabr , 2021 03:54
Britaniyalı deputatın qatili özünü İŞİD tərəfdarı adlandırıb

Böyük Britaniyada Mühafizəkarlar Partiyasından olan deputat David Amessi qətlə yetirməkdə şübhəli bilinən Əli Harbi Əli özünü İŞİD tərəfdarı adlandırıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Dövlət ittihamçısı Ceyms Kabel bildirib ki, cinayətkar bir neçə ildir, Britaniya parlamentarilərinə sui-qəsd planları hazırlayıb.

Qeyd edək ki, Britaniyanın Mühafizəkarlar Partiyasından olan deputat David Amess oktyabrın 15-də Esseks bölgəsində seçiciləri ilə keçirdiyi görüş zamanı bıçaqlanıb. O aldığı xəsarətlərdən dünyasını dəyişib.

Hadisəni törədən şəxsin Britaniya vətəndaşı, əslən Somalidən olan 25 yaşlı Əli Harbi Əli olduğu deyilir.

Son xəbərlər

Orphus sistemi