Yuxarı

Britaniyadakı referendumun nəticələri funt sterlinqin dəyərinin azalmasına səbəb olub

Bu, Böyük Britaniyanın pul vahidinin tarixində ən böyük biranlıq enişdir

Bakı. 24 iyun. REPORT.AZ/ Böyük Britaniya ölkənin Avropa İttifaqının üzvü kimi qalıb-qalmamasıyla bağlı keçirilən referendumdan gələn xəbərlər funt sterlinqin dəyərinə təsir edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, Aİ-dən çıxışın tərəfdarlarının sayının çox olmasıyla bağlı ilkin xəbərlərdən sonra funtun ABŞ dollarına nisbətdə kursu 5,5% azalaraq 1,4 dollara düşüb.

Bu, Böyük Britaniyanın pul vahidinin tarixində ən böyük biranlıq enişdir. Bir müddət əvvəl bu kurs göstəricisi 1 funt sterlinq=1,5 dollar kimi olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi