Britaniyada yaşlıların 75 faizindən çoxu vaksinasiyadan keçib

Britaniyada yaşlıların 75 faizindən çoxu vaksinasiyadan keçib Böyük Britaniyada 39 688 566 insan koronavirusa qarşı peyvənd olunub.
Digər ölkələr
10 Avqust , 2021 20:10
Britaniyada yaşlıların 75 faizindən çoxu vaksinasiyadan keçib

Böyük Britaniyada 39 688 566 insan koronavirusa qarşı peyvənd olunub.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, ölkə əhalisinin dörddə üç hissəsi vaksinasiyadan keçib. Birinci doza vaksindən 47 milyondan artıq insan yararlanıb.

Ölkənin Baş naziri Boris Conson bu miqyasda vaksinasiyanı “milli nəticə” adlandırıb. Baş nazir tviter hesabından vaksin olunmayan sakinlərə səslənərək deyib ki, özünüzün, yaxınlarınızın həyatı naminə bunu etmək və təhlükəsiz yaşamaq naminə peyvənd olunmağınız vacibdir.

Qeyd edək ki, ölkədə ilk peyvənd olunan 2020-ci ilin dekabrın 8-də 90 yaşlı Marqaret Kinan olub.

Pandemiya başlayandan krallıqda 6 094 243 nəfərdə yoluxma qeydə alınıb, 130 357 nəfər koronavirusdan vəfat edib, ümumilikdə isə 86,7 milyon nəfər vaksinasiyadan keçib.

Son xəbərlər

Orphus sistemi