Britaniyada törədilən hücum terror aktı kimi qiymətləndirilir, saxlanılan var

Britaniyada törədilən hücum terror aktı kimi qiymətləndirilir, saxlanılan var Britaniyanın Berkşir qraflığının Redinq şəhərinin mərkəzindəki “Forberi qardens” parkında soyuq silahın tətbiqi ilə törədilmiş hadisə polis tərəfindən terror aktı kimi qiymətləndirilir.
Digər ölkələr
21 iyun 2020 02:29
Britaniyada törədilən hücum terror aktı kimi qiymətləndirilir, saxlanılan var

Britaniyanın Berkşir qraflığının Redinq şəhərinin mərkəzindəki “Forberi qardens” parkında soyuq silahın tətbiqi ilə törədilmiş hadisə polis tərəfindən terror aktı kimi qiymətləndirilir.

“Report” xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən “Sky News” telekanalı bildiriv.

Daha əvvəl “The Daily Telegraph“ qəzeti öz mənbəyinə istinadən xəbər verib ki, hücum nəticəsində üç nəfər həlak olub, daha iki nəfər ağır yaralanıb.

Hadisə ilə bağlı bir nəfər saxlanılıb. PA agentliyinin məlumatına görə saxlanılan şəxs Liviya vətəndaşıdır. Onun şəxsiyyəti haqqında əlavə məlumatlar yoxdur.

Böyük Britaniyanın baş naziri Boris Conson hücumu yırtıcılıq adlandırıb. O, hadisə yerində işləyən fövqəladə xidmətlərin əməkdaşlarına təşəkkür edib.

Son xəbərlər

Orphus sistemi