Britaniyada silahlı hücum olub, ölənlər və yaralananlar var - FOTO

Britaniyada silahlı hücum olub, ölənlər və yaralananlar var - FOTO Britaniyanın Berkşir qraflığının Redinq şəhərində parkda soyuq silahla silahlanmış naməlum şəxs ətrafdakılara hücum edib.
Digər ölkələr
21 İyun , 2020 01:22
Britaniyada silahlı hücum olub, ölənlər və yaralananlar var - FOTO

Britaniyanın Berkşir qraflığının Redinq şəhərində parkda soyuq silahla silahlanmış naməlum şəxs ətrafdakılara hücum edib.

“Report” xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti bildirib. 

Məlumata görə, hücum zamanı üç nəfər həlak olub, daha iki nəfər ağır xəsarət alıb. Hücuma məruz qalanlardan 3-ü hadisə yerindəcə ölüb. Qeyd edilir ki, yaralıların vəziyyəti ağırdır. Qəzetin xəbərinə görə, polis hazırda hücumun kim tərəfindən törədildiyini açıqlaya bilmir. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım cəlb edilib.

Hələlik yaralılar və həlak olanlar haqqında rəsmi məlumat yoxdur. 

Son xəbərlər

Orphus sistemi