Yuxarı
    Bağlamaq

    ​Britaniyada şiddətli fırtına həyatı iflic edib

    Fırtına səbəbindən Şotlandiyanın bəzi hissəsi işıqsız qalıb

    Bakı. 10 dekabr. REPORT.AZ/ Britaniyanın şimalında baş verən şiddətli fırtına ölkənin bütün həyatını iflic edib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, Atlantik okeanından gələn və saatda 130 kilometr sürətlə əsən şiddətli külək və fırtına Şimali İrlandiya, Şotlandiya və İngiltərənin şimal bölgəsini əhatə edib. İngiltərənin Meteorologiya Təşkilatının yaydığı məlumata görə, təbii fəlakət gün ərzində davam edəcək. Eyni zamanda fırtına səbəbindən Şotlandiyanın bəzi hissəsi işıqsız qalıb. Dövlət rəsmiləri təbii fəlakətdən qorunmaq üçün əhalininin təhlükəsizliyi ilə bağlı xəbərdar edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi